Metroda doğulan körpə və anası haqda xəbər var   - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Metroda doğulan körpə və anası haqda xəbər var - FOTO

Sosial

14 Avqust 2025 15:17 283


Bakı Metropoliteninin “20 Yanvar” stansiyasında doğulan və Respublika Klinik Xəstəxanasına hospitalizasiya olunan körpə ilə anası bu gün evə buraxılıb.

Bu barədə Yenisabah.az-a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, hazırda hər ikisinin vəziyyəti qənaətbəxş qiymətləndirilir. Körpə sərbəst şəkildə tənəffüs alır, qidalanır və sağlamdır. pizza sifarişi

Hamiləliyin patologiyası şöbəsində müalicə alan ananın da vəziyyəti müsbət qiymətləndirilir.

Xatırladaq ki, avqustun 8-də Bakı Metropoliteninin “20 Yanvar” stansiyasından doğuş səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət qeydə alınıb.

 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!