Meydana yarıçılpaq çıxan modelin “Instagram” hesabı bağlandı

saytların hazırlanması

Evə çatdırılma

Meydana yarıçılpaq çıxan modelin “Instagram” hesabı bağlandı

Şou

03 İyun 2019 09:33 1551


UEFA Çempionlar Liqasının iyunun 1-də Madriddə keçirilmiş final oyununda meydana yarıçılpaq vəziyyətdə çıxan amerikalı aktrisa, model Kinsi Volanskinin “Instagram”dakı hesabı bağlanıb.

"Yeni Sabah" xəbər verir ki, K.Volanski İngiltərənin “Liverpul” və “Tottenhem” klublarının qarşılaşdığı final matçının 20-ci dəqiqəsində stadionun təhlükəsizlik əməkdaşlarının gözündən yayınaraq meydana daxil olmuş, bununla da oyunun bir neçə dəqiqə dayanmasına səbəb olmuşdu.

Bundan sonra modelin “Instagram”dakı səhifəsinin izləyicilərinin sayı bir neçə dəqiqə ərzində 10 minlərlə artmışdı.  pizza sifarişi

Qeyd edək ki, K.Volanski rusiyalı bloqer, “YouTube”da 2,2 milyon izləyicisi olan “Vitaly Uncensored” səhifəsinin təsisçisi Vitali Zdorovetskinin sevgilisidir. Model meydana üzərində məhz “Vitaly Uncensored” yazılmış köynəkdə çıxmışdı.

Xatırladaq ki, finalda “Liverpul” “Tottenhem”i 2:0 hesabı ilə məğlub edərək Çempionlar Liqasının qalibi olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!