Meyxanaçı Ağakərimin oğlu: “Nazilə Səfərlinin bu addımı qara piardır“

saytların hazırlanması

Evə çatdırılma

Meyxanaçı Ağakərimin oğlu: “Nazilə Səfərlinin bu addımı qara piardır“

Şou

06 Dekabr 2021 17:30 1749


Meyxanaçı Ağakərimi ziyarətə gedən şair Nazilə Səfərli evə buraxılmayıb. Buna baxmayaraq, şair qapının qarşısında video çəkərək öz şəxsi səhifəsində paylaşıb. 

Yenisabah.az xəbər verir ki, meyxana ustadı Ağakərimin oğlu Kərim Novruzov Oxu.Az-a açıqlamasında bildirib ki, N.Səfərlinin gəlməsindən öncədən xəbəri olmadığı üçün onun üzünə qapı açan olmayıb: 

“Düşünürəm ki, öncədən xəbər olunmalıdı. Ona görə ki, mən iş adamıyam, işləyirəm. Burada belə bir şey var ki, evdə kişi olmadığından evə heç kim buraxılmır. Xəbərsiz gəlmələrini niyə istəmirəm? Çünki hamı bir-birinin evinə gedəndə xəbər edib gedir. Onun xəstəyə heç bir aidiyyəti yoxdur. Xəstə yanına gələndə çəkilişlə gəlmirlər. Xəstə yanına gələn Allaha xatir gəlir”.  Dominos pizza

Kərim qeyd edib ki, Nazilə Səfərli onların evinə gələndə evdə olmayıb: 

“Həmin vaxt evdə deyildim. Nazilə Səfərli gəlib qohumumuzun mağazasından mənə zəng elətdirib, mən də evdə olmayacağımı bildirdim və dedim ki, gəlməmişdən öncə xəbər etsinlər. Mən Nazilə Səfərlinin bu addımını qara piar adlandırıram. Onların məqsədi reytinq tutmaqdır”. 

Xatırladaq ki, şair Nazirlə Səfərli meyxanaçının evinə gələrək oradan video çəkib və bildirib ki, meyxanaçının ailəsi heç kimə qapı açmır. O, buna da etirazını bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!