4 İyul - 03:37
Meyxanaçı Aygün Kazımovadan danışdı: “Özümə nifrət etmişəm ki...“

Meyxanaçı Aygün Kazımovadan danışdı: “Özümə nifrət etmişəm ki...“

Şou

23 İyun 2022 10:37 1246


Baku TV-də yayımlanan “O kimdir?” verilişinin budəfəki qonağı Namiq Qaraçuxurlu olub.

Yenisabah.az xəbər verir ki, həyatı ilə bağlı suallara cavab verən söz ustadı Xalq artisti Aygün Kazımovadan da danışıb:

“Biz onunla işə başlayanda qınağa məruz qalırdıq, amma zaman keçdikcə onlar bu dueti qəbullandı. Onunla niyə ayrıldığımız barədə danışa bilmərəm. Bəzən hirslənib, danışacağımı demişəm. Amma özümə nifrət etmişəm ki, kişinin bunu insanlar arasında danışmağı doğru deyil.

Vaxt gələcək bir film çəkəcək, öz həyatımı orada göstərib, bütün suallara cavab verəcəyəm. Amma hələ ki, 43 yaşım var, bunu 60-dan sonra edəcəyəm.

Aygün xanım düşünmürəm ki, nə savabım, nə günahım olsun. Əgər bir insan səninlə birlikdə xoşbəxtdirsə, düşünürəm ki, savabındır. Amma müvəqqəti olduğuna görə ona bir ad qoya bilmirəm. Şəxsi münasibələrimiz keçmişdi, amma bizim duetlərimiz əbədidir”.

Həmin görüntüləri təqdim edirik:

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!