Meyxanaçı Kərimin ayaqları tutuldu, yeriyə bilmir

saytların hazırlanması

Evə çatdırılma

Meyxanaçı Kərimin ayaqları tutuldu, yeriyə bilmir

Şou

07 Fevral 2019 19:04 1335


Məşhur meyxanaçı Ağakərimin (Kərim Novruzov) səhhəti yenidən pisləşib.

"Yeni Sabah xəbər verir ki, bu barədə meyxanaçının yaxın qohumu Rüstəm məlumat verib. O, bildirib ki, hazırda Ağakərim xəstəxanadan evə aparılıb:

“Qəflətən səhhəti pisləşdi. Apardıq həkimə, müayinədən sonra məlum oldu ki, ayaqları tutulub. Həkimlər bunun beyinlə əlaqəli olduğunu dedilər. Bir neçə gün xəstəxanada qaldı. Amma müalicə üçün imkan olmadığından məcburiyyət qarşısında qalıb, onu evə gətirdik. Hazırda gözləyirik, ümid Allahadır”. Marqarita pizza

Qeyd edək ki, meyxanaçı Ağakərim 2017-ci ildə insult keçirib. Bununla əlaqədar o, dəfələrlə müalicə olunsa da hələ də normal həyata qayıda bilməyib.

AzNews.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!