Meyxanaçı Kərimin oğlu Nazilə Səfərlini polisə verdi

saytların hazırlanması

Evə çatdırılma

Meyxanaçı Kərimin oğlu Nazilə Səfərlini polisə verdi

Şou

08 Dekabr 2021 14:13 1356


Meyxanaçı Kərim Novruzovun (Ağakərim) oğlu Kamil Novruzov şair Nazilə Səfərlidən polisə şikayət edib.

Yenisabah.az xəbər verir ki, bu barədə o, OLAY-a açıqlamasında bildirib. Kamil deyib ki, Səfərlinin ittihamları ilə bağlı 102 xidmətinə zəng edib:

“Bu böhtanlardan yoruldum. Ona görə 102 xidmətinə zəng etdim, məni Sabunçu RPİ-nin 14-cü Polis Bölməsinə yönləndirdilər. O yazıb ki, guya psixotrop dərmanlar verirəm və sair. Bunlar balaca məsələ deyil, böyük ittihamlardır. Əlimdəki sübutlarla, həkimlərin yazdığı reseptlərlə, Səhiyyə Nazirliyinin qoyduğu əlillik diaqnozu ilə bölməyə yaxınlaşdım və ərizə yazdım". Marqarita pizza

Qeyd edək ki, N.Səfərli bir neçə gün öncə instaqramda status yazaraq Kamilin atasına qəsdən psixotrop iynələr vurduğunu, ondan bağını 150 minə satdığını iddia edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!