Meyxanaçı Pərviz Bülbülənin paylaşımına rəy bildirdi

saytların hazırlanması

Evə çatdırılma

Meyxanaçı Pərviz Bülbülənin paylaşımına rəy bildirdi

Şou

05 May 2023 12:27 791


Tanınmış meyxanaçı Namiq Məna həmkarı Pərviz Bülbülənin məclislərdə kriminal aləmlə bağlı ifalarının ondan sifariş olunmaması, əks halda cinayətə cəlb edilə biləcəyi barədə müraciətinə münasibət bildirib.

Yenisabah.az Pravda-ya istinadla xəbər verir ki, o, belə meyxanalara görə cinayət məsuliyyətin olması halları ilə hələ rastlaşmayıb.

N. Məna deyib: “Krimanl aləmlə bağlı ifaların cinayət məsuliyyəti yaratması barədə tam ciddi məlumatım yoxdur. Cinayət Məcəlləsində belə bir maddə olub-olmadığını dəqiq bilmirəm. Buna hüquqşünaslar aydınlıq gətirsələr, yaxşı olar. Lakin meyxana ifaçılarına səslənirəm ki, vətənpərvərlik hislərinə köklənsələr, daha gözəl olar. O qədər şəhidlərimiz, qazilərimiz var ki. Onlar bizim qürur mənbəyimizdir. pizza sifarişi

Dövlətimiz də inkişaf gedib, quruculuq işləri aparılır, Qarabağda gözəl layihələr həyata keçirilir. Gənc fanat ordusunu bu səpkidə öz ardınca aparmaq daha gözəl olar. Çünki gənc ifaçıların arasında yetəri qədər həvəskarları, gənc fanat ordusu var. Onları həvəsləndirsinlər. Bu gün idman sahəsi də Azərbaycanda xeyli inkişaf edib. Qürur duyduğumuz çempionlarımız çoxdur. 1980-ci illərdə belə şərait yox idi. Meyxanaçılar idmanın inkişafı barədə də ifalar səsləndirə bilərlər”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!