Meyxanaçı Samirə studiyanı göz yaşları içində tərk etdi

saytların hazırlanması

Evə çatdırılma

Meyxanaçı Samirə studiyanı göz yaşları içində tərk etdi

Şou

03 Noyabr 2023 14:12 933


"Bu, mənim də yaralı yerimdir. Mən də 3 ay xəstəxana qarşısında yatmışam. Çox mücadilə aparmışam. Hər şeyimi satmışam".

Yenisabah.az Publika-ya istinadla xəbər verir ki, bu sözləri meyxanaçı Samirə Yusifqızı "Yaxşıya doğru" verilişində deyib.

O, oğlunun borclarından danışaraq studiyanı gözyaşları içində tərk edib. pizza sifarişi

Aparıcı İlham Mirzəyevin təkidi ilə bir neçə dəqiqədən sonra studiyaya qayıdan S. Yusifqızı özünü toparlayaraq fikirlərini belə davam etdirib: "Gündə neçə dəfə soyuducunu açırsan, nəsə götürürsən, hər dəfə açanda da gözünün qabağında görürsən. Ümumiyyətlə, bunları xatırlamaq istəmirəm. Elə bilirəm yuxu görmüşəm. Elə bilirəm qorxulu bir yuxudur".

Samirə Yusifqızı həkimlərin ondan oğlunun alın sümüyünü soyuducuda saxlamağını istədiyini göz yaşları içərisində deyib: "2 ay yarım soyuducuda qaldı. Xüsusi məhlulun içərisində... 2 ay yarım alınsız bir insanı fikirləşin, nə vəziyyətdə görsənir?! Mən qorxumdan üzünə baxmırdım, baxa bilmirdim. Onları yaşamışam".

Meyxanaçı oğlunun bu hala düşməsinin səbəbini də açıqlayıb: "Qəza olmuşdu. Dostları ilə zarafatlaşmışdılar, hovuzdan itələmişdilər ki, sən də tullan da çimməyə. O da ayağında başmaq olub deyə, tullanmaq istəyəndə arxası üstündə yıxılıb, başı hovuzun qırağına dəyib. Hamısı da kənara çəkildi, heç biri yaxın durmadı".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!