Meyxanaçı Samirə taksiyə vida, toylara “gəlirəm” dedi

saytların hazırlanması

Evə çatdırılma

Meyxanaçı Samirə taksiyə vida, toylara “gəlirəm” dedi

Şou

24 Sentyabr 2021 12:49 1332


Pandemiya ərəfəsində ciddi maddi sıxıntılar yaşayan meyxanaçı Samirə Yusifqızı karantin sərtləşdikdən sonra vəziyyətinin daha da çətinləşdiyini bildirərək pul qazanmaq üçün taksi sürməyə başlamışdı. Hətta söz ustadı evini də satışa çıxarmışdı.

Yenisabah.az-a mövzu ilə bağlı danışan meyxanaçı artıq taksiçilik peşəsi ilə vidalaşdığını bildirib:

“Artıq taksi sürmürəm, pandemiya dövründə maddi çətinliklərim var idi deyə məcburən bu işi görürdüm. Sənət dostlarımdan həmin ərəfədə mənə kömək edən, dar günümdə əl tutanlar oldu, sağ olsunlar. Onların yaxşılığını unuda bilmərəm. Müğənni Nazənin, Ruhi Əliyeva, Kamil Zeynallı, Şəbnəm Tovuzlu mənə maddi dəstək oldular. Allah onların köməyi olsun. Amma özüm də çalışırdım, onlar məni öhdəliyə götürməyiblər axı”. Marqarita pizza

İfaçı artıq söz sənətini davam etdirdiyini bildirib:

“Bir müddət Rusiyada idim. Bakıya təzəcə gəlmişəm, bir neçə günə yenidən qayıdacağam. Azərbaycanda toylara icazə verildikdə Bakıda deyildim. Fəaliyyətimi əvvəlki qaydada davam etdirirəm. Başqa sənətim yoxdur, mən ali savadlı müğənniyəm. Müvəqqəti olaraq sənətimi göstərməyə meydan yox idi. İndi isə şükür, hər şey qaydasındadır”.

Əsmətxanım

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!