"Arif Tənha ailə dəyərlərinin məhvinə çalışır, əxlaqsızlığı və xəyanəti təbliğ edir" iddiasına meyxanaçıdan cavab gəlib.
Meycanaçı “Yeni Sabah”a bildirib ki, ictimai fəal Elçin Ləmbəranskinin paylaşımı səhv məlumatdır:
“Mən heç vaxt əxlaqsızlıq və ailə dəyərlərinə zidd olan fikirlər təbliğ etməmişəm! Elçin Lənbəranski bikar adamdır. pizza hut
Birincisi, bu, şəxsi həyatımdır, bu cür həyat yaşayan təkcə mən deyiləm. İkincisi isə bu, səhv məlumatdır. Kimsə mənim adımdan yalan-yanlış paylaşım etmiş ola bilər.
O ki qaldı Elçinin dediklərinə, mən ona reaksiya vermirəm.
Gəlin, tam səmimi danışaq, ölkədə belə həyat yaşayanlar kifayət qədər çoxdur. Elçin kimilərinin gözü təkcə məni yox, hamını görməlidir. Əvvəlcə məlumatı dəqiqləşdirmək, düz olub-olmadığını öyrənmək daha sonra paylaşım etmək lazımdır. Kiminsə haqqında yalan paylaşım etmək düzgün deyil”.
Arif Tənha bildirib ki, ilk telefon danışığında Ləmbəranskiyə bu iddiaların doğru olmadığını çatdırıb:
“Mənimlə 2 dəfə telefonla danışıb, ilk danışığımızda bu məlumatların düzgün olmadığını demişəm, ikinci dəfə isə mənə qanunlardan danışdı, tədbir görülməsini istədi.
Mən heç bir qanunu pozmamışam. Həm də guya Azərbaycanda heç kəs evli xanımla görüşüb eşq macərası yaşamır?! Kimsə yaşayırsa, bu onun şəxsi həyatıdır”.
Meyxanaçı Elçin Ləmbəranskinin onu hədəf almasının səbəbini “reytinq qazanmaq cəhdi” kimi qiymətləndirib:
“Arif Tənhanın adı ilə reklam olunmaq istəyir. Nə istəyir paylaşsın, mənim üçün önəmsizdir.
Ola bilər ki, kimsə mənim adımla paylaşımlar edib, girib sosial şəbəkələrə baxmalıyam. Böyük ehtimalla, mənim adımdan açılmış saxta səhifələrdir.
Elçin özü mənim fotolarımı paylaşıb haqqımda yalan-yanlış iddialar səsləndirməklə qanunu pozur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Kimisə təhqir etmək olmaz, bu, cinayətdir, o bunu başa düşmür”.
Əsmətxanım Rzazadə
Telegram kanalımız