Türkiyəli müğənni Özkan Uğurun vəfatından sonra illərcə çıxış etdiyi MFÖ (Mazhar-Fuat-Özkan) qrupunun dağılacağı ilə bağlı iddialar sosial şəbəkələrin müzakirə mövzusuna çevrilib.
Yenisabah.az “Onedio”ya istinadla xəbər verir ki, qrupun solisti Mazhar Alanson bununla bağlı danışıb:
“Özkanla təxminən 55 illik dostluğumuz olub. İllərcə eyni qrupda bərabər çıxış etdik. Təbii ki, Özkanın yerini heç kim tuta bilməz. O həm bəstəkar, həm müğənni, həm sənətçi, həm də dublyaj ustası idi. Xatirə konserti planlaşdırırıq, lakin hələlik yas içindəyik”. pizza sifarişi
Xatırladaq ki, tanınmış müğənni bu ilin iyul ayında 69 yaşında limfa xərçəngindən vəfat edib.
Gülxanım ƏLİYEVA
Telegram kanalımız