Mikayıl Cabbarov: Azərbaycan iqtisadiyyatı bu ilə yüksək göstəricilərlə başlayıb

saytların hazırlanması

Evə çatdırılma

Mikayıl Cabbarov: Azərbaycan iqtisadiyyatı bu ilə yüksək göstəricilərlə başlayıb

İqtisadiyyat

15 Fevral 2024 10:18 2232


2024-cü ilə Azərbaycan iqtisadiyyatı yüksək göstəricilərlə başlayıb.

Yenisabah.az “APA-Economics”ə istinadla xəbər verir ki, bunu iqtisadiyyat nazirinin səlahiyyətlərini icra edən Mikayıl Cabbarov bu gün keçirilən “Vergi sistemi yeni inkişaf dövründə: davamlı iqtisadiyyat üçün strateji hədəflər” adlı Forumda deyib.

O bildirib ki, ölkəmizdə neft-qaz hasilatının proqnozlaşdırılandan enməsi, dünya bazarlarında qiymətlərin aşağı düşməsi fonunda ÜDM-in nominal həcminə təsirlər təbii və gözlənilən idi.

"Buna baxmayaraq, biz prosesə hazır idik. Son illər qeyri-neft-qaz sektorunda aparılan islahatlar və dəstək tədbirləri bu gün iqtisadi artımın dayanıqlığını təmin edir. 2023-cü ildə qeyri-neft-qaz sektoru 3,7% artım dinamikasına malik olub", - deyə M. Cabbarov əlavə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!