Mikayıl Cabbarov Dünya Güləş Birliyinin prezidenti ilə görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Mikayıl Cabbarov Dünya Güləş Birliyinin prezidenti ilə görüşdü

İdman

06 Aprel 2024 19:10 1114


İqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviç ilə görüşüb.

Yenisabah.az xəbər verir ki, o, bu barədə öz “X” hesabında paylaşım edib.

Görüşdə ölkəmizdə güləş idman növünə dövlət səviyyəsində yüksək şəraitin yaradıldığı, idmançılarımızın nüfuzlu beynəlxalq yarışlarda əldə etdiyi qələbələrdən bəhs olunub.

“Azərbaycanda  təşkil olunan mötəbər idman yarışlarının vacibliyinə toxunaraq, hazırda Bakıda keçirilən Paris - 2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli güləş üzrə Avropa Olimpiya Təsnifat turnirinin önəmini vurğuladıq”, - paylaşımda qeyd olunub.

Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan yarış aprelin yeddisində başa çatacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!