Mikayıl Cabbarov Macarıstanın “MOL Group” şirkətinin prezidenti Zolt Hernadi ilə görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Mikayıl Cabbarov Macarıstanın “MOL Group” şirkətinin prezidenti Zolt Hernadi ilə görüşdü

İqtisadiyyat

03 İyun 2025 20:43 447


İqtisadiyyat naziri Mikayıl Cabbarov Bakı Enerji Həftəsi çərçivəsində ölkəmizdə səfərdə olan Macarıstanın "MOL Group" şirkətinin prezidenti Zolt Hernadi ilə görüşüb.

Yenisabah.az xəbər verir ki, görüşdə "MOL Group" şirkəti ilə səmərəli əməkdaşlıq münasibətlərindən məmnunluq ifadə edilib. Enerji təhlükəsizliyi məsələləri və enerji resurslarının şaxələndirilməsinin əhəmiyyəti vurğulanıb. Azərbaycanın bu istiqamətdə etibarlı tərəfdaş kimi rolu qeyd edilib.

Tərəflər "Mol Group"un ölkəmizdəki fəaliyyəti və gələcək işbirliyi imkanlarını müzakirə ediblər. MOL və SOCAR arasında tərəfdaşlığın inkişafı və enerji sahəsində fəaliyyətin genişləndirilməsi barədə fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, "MOL Group" beynəlxalq, inteqrasiya olunmuş neft, qaz, neft-kimya və pərakəndə satış şirkətidir. Şirkət 30-dan çox ölkədə fəaliyyət göstərir. "Azəri-Çıraq-Günəşli" layihəsinin 3-cü ən böyük səhmdarı olan "MOL Group" Azərbaycan da daxil olmaqla 9 ölkədə kəşfiyyat və hasilat aktivlərinə malikdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!