Mikayıl Cabbarov Mariya Stadniki təbrik etdi - Foto

saytların hazırlanması

Evə çatdırılma

Mikayıl Cabbarov Mariya Stadniki təbrik etdi - Foto

İdman

12 May 2024 00:26 1760


İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanın qadın güləşçisi Mariya Stadniki Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanması münasibəti ilə təbrik edib.

Yenisabah.az xəbər verir ki, bu barədə o, “Facebook” səhifəsində paylaşım edib:

“Bu gün İstanbulda keçirilən Dünya Olimpiya Təsnifat turnirində qadın güləşi üzrə milli komandamızın üzvü Mariya Stadnik (50 kq) Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Bununla da ümumi lisenziyalarımızın sayı 12-yə çatıb. Güləşçimizi və məşqçilərimizi təbrik edir və Olimpiya Oyunlarında uğurlar arzulayırıq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!