Azərbaycan ilə Slovakiya arasındakı əlaqələr artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. İki ölkə arasındakı mövcud bağlar və gələcək iqtisadi-ticari perspektivlər böyük potensiala malikdir.
"Yeni Sabah" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda təşkil olunan Azərbaycan-Slovakiya biznes forumundakı çıxışı zamanı bəyan edib.
İki ölkə arasında ticarət və investisiya imkanlarına toxunan nazir, xüsusilə strateji sahələrdəki birgə fəaliyyəti yüksək qiymətləndirib: Toyuqlu pizza
"Ölkələrimiz arasında enerji sektoru ilə yanaşı, işğaldan azad olunmuş torpaqlarımızda aparılan minatəmizləmə əməliyyatlarında da çox uğurlu tərəfdaşlıq təcrübəsi var. Artıq slovakiyalı memarların və podratçı şirkətlərin azad edilmiş ərazilərdəki yenidənqurma işlərində iştirakını məmnuniyyətlə müşahidə edirik və bu layihələrin miqyası daha da genişlənəcək. Bununla belə, mövcud potensialımız daha böyük addımlar atmağa imkan verir. Məhz bu səbəbdən slovakiyalı tərəfdaşlarımızı Azərbaycana təkcə lokal bir bazar kimi deyil, daha böyük bir regiona çıxış imkanı verən strateji bir qapı kimi baxmağa çağırıram".
Telegram kanalımız