Azərbaycanda istehsal olunan “Milla” xamaları sürətlə bahalaşır.
“Yeni Sabah” xəbər verir ki, bu haqda məlumatı iqtisadçı Samir Əliyev bildirib. Onun sözlərinə görə, məhsul yanvarın əvvəli 1,56 AZN-ə, ortası 1,77 AZN-ə, fevralın əvvəli isə 1,96 AZN-ə qalxıb. “Dekabrda isə yanvar ayı ilə müqayisədə daha ucuz idi. Həmin xamanın 25%-liyi isə bu müddətdə 1,60 AZN-dən 2,15 AZN-ə yüksəlib. Bir sözlə, son 1-2 ayda bu YERLİ məhsullar təxminən 35% bahalaşıb. Bu, hələki bir məhsul növü üzrədir. Yəqin ki digər məhsullarda da bahalaşma var. Nə baş verir? Dollar bahalaşmayıb. Bəlkə vergi qanunvericiliyinə edilmiş dəyişiklikə bağlıdır? Hər halda araşdırılmalı mövzudur.
Məlumat daimi müştərisi olduğum "Bizim market" supermarketinin qiymətləri əsasında hazırlanıb”. Sezar pizza
Telegram kanalımız