Milli Depozit Mərkəzinin rəhbərliyinə təyinat oldu

saytların hazırlanması

Evə çatdırılma

Milli Depozit Mərkəzinin rəhbərliyinə təyinat oldu

İqtisadiyyat

16 İyul 2026 10:47 110


Milli Depozit Mərkəzinin rəhbərliyinə təyinat olub.

"Yeni Sabah" xəbər verir ki, Nağı Nağıyev İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilib.

O, 2020-ci ildə Avropa Yenidənqurma və İnkişaf Bankında maliyyə təhlilçisi kimi təcrübə keçib. Həmin il əmək fəaliyyətinə “SOCAR Trading” şirkətində bazar riskləri üzrə təhlilçi kimi başlayıb. O, 2022–2023-cü illərdə London Metal Birjasında çalışaraq beynəlxalq maliyyə və əmtəə bazarları üzrə peşəkar təcrübəsini genişləndirib. Toyuqlu pizza

N.Nağıyev 2023-cü ilin avqustundan etibarən Mərkəzi Bankda işləyib. O, Kapital bazarı fəaliyyətinə dair siyasət və tənzimlənmə departamentində aparıcı mütəxəssis vəzifəsində çalışıb. 2024-cü ilin iyunundan 2026-cı ilin iyul ayınadək isə həmin departamentin Nəzarətin metodologiyası şöbəsinin rəisi vəzifəsini icra edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!