Milli Məclisin növbəti iclasının tarixı və gündəliy açıqlanıb.
"Yeni Sabah" xəbər verir ki, parlamentin iyunun 30-da də keçiriləcək iclasının gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. “Metrik Konvensiya”ya qoşulmaq haqqında qanun layihəsi. pizza hut
2. “2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi (üçüncü oxunuş).
3. Cinayət-Prosessual Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində və “İcra haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş).
4. Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunun layihəsi (üçüncü oxunuş).
5. İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş).
6. Mənzil Məcəlləsində, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” və “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş).
7. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş).
8. “Dövlət qulluğu haqqında” və “Media haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş).
9. “Milli Məclisin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “İctimai iştirakçılıq haqqında” və “Vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” qanunlarda dəyişiklik edilməsi qanun layihəsi (ikinci oxunuş).
10. “Ümumi təhsil haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş).
11. “Psixiatriya yardımı haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).
12. “Büdcə sistemi haqqında”, “Sığorta fəaliyyəti haqqında” və “Hesablama Palatası haqqında qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).
13. “Gömrük tarifi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).
14. Cinayət Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).
Telegram kanalımız