Milli Parkın ərazisində narkoplantasiya salan şəxs ələ keçdi

saytların hazırlanması

Evə çatdırılma

Milli Parkın ərazisində narkoplantasiya salan şəxs ələ keçdi

Kriminal

04 İyun 2026 20:18 162


Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyasına qarşı əməliyyat keçirilib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının əməkdaşları ilə birgə keçirilən tədbir zamanı Hirkan Milli Parkının çətin relyef şəraitinə malik meşə ərazisində salınmış narkotik plantasiyası aşkarlanıb. Dördpendirli pizza

Tədbirlərlə həmin ərazidə aşkarlanan 179 ədəd çətənə kolunun əvvəllər məhkum olunmuş 38 yaşlı Elməddin Məmmədov tərəfindən əkilərək xüsusi qulluq göstərildiyi müəyyən edilib və o, polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Astara RPŞ-də cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!