Bu gün Milli Aviasiya Akademiyasında (MAA) Azərbaycanın Milli Qəhrəmanı Viktor Seryoginə həsr edilən “Əbədiyyətə uçuş” sənədli filminin təqdimatı keçirilib.
“Yeni Sabah” xəbər verir ki, “Azərbaycanın Milli Qəhrəmanları” silsiləsindən olan film “Salnaməfilm” studiyasında ekranlaşdırılıb.
Tədbir Mədəniyyət Nazirliyi, Azərbaycan Hava Yolları və Milli Aviasiya Akademiyasının təşkilatçılığı ilə gerçəkləşib. pizza sifarişi
Tədbirdə çıxış edən Mədəniyyət Nazirliyi Kinematoqrafiya şöbəsinin əməkdaşı Almaz Sultanzadə qeyd edib ki, bir neçə ildir, Mədəniyyət Nazirliyinin sifarişi ilə Azərbaycanın Milli Qəhrəmanlarına həsr olunmuş silsilə sənədli filmlər lentə alınır.
Filmin rejissoru Cəmil Fərəcov tədbir iştirakçılarına təşəkkür edərək filmin çəkilişlərində dəstək göstərən təşkilatlara və qəhrəmanın pilot dostlarına minnətdarlığını bildirib.
Qəhrəmanın həyat yolundan bəhs edən filmdə Viktor Seryoginin təyyarəçi dostlarının xatirələri yer alıb. Filmin operatoru Nizami Abbas, icraçı prodüseri Kamil Məmmədovdur.
Təqdimat mərasimində Ukraynanın Azərbaycandakı səfirliyinin nümayəndəsi Valentina Volkova da iştirak edib.
Telegram kanalımız