Milli Qvardiyanın yüzlərlə hərbçisi koronavirusa yoluxdu
23 Yan 2021 10:47
358

Milli Qvardiyanın yüzlərlə hərbçisi koronavirusa yoluxdu

ABŞ-da andiçmə mərasimi ilə əlaqədar Kapitoliya binasının təhlükəsizliyinə cəlb edilmiş Milli Qvardiyanın yüzlərlə hərbi qulluqmusu koronavirusa yoluxub.

Yenisabah.az xarici mediaya istinadla xəbər verir ki, hazırda hərbçilər Vaşinqtondakı otellərdə karantinə alınıb. 

Respublikaçı senatorun açıqlamasına görə, prezident Co Baydenin andiçmə mərasimi bitdikdən sonra minlərlə hərbi qulluqçu çox da böyük olmayan avtomobil parkına yerləşdirilib ki, bu da onların arasında koronavirusa yoluxma riski yaradıb.

Mənbəyə görə, hərbçilər mərasimlə bağlı xidmətlərini başa vurduqdan sonra Vaşinqtonu tərk etməzdən əvvəl COVID-19 sınağından keçməli idi. Lakin paytaxta gələn hərbçilərin test edilmədiyi bildirilib. Sadəcə, onların temperaturu ölçülüb, xəstələrlə təmasda olub-olmadıqları soruşulub. (APA)

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər