Milli Şura mitinqlə bağlı bəyanat yayıb

saytların hazırlanması

Evə çatdırılma

Milli Şura mitinqlə bağlı bəyanat yayıb

Siyasət

30 Yanvar 2019 01:43 1188


Demokratik Qüvvələrinin Milli Şurası 26 yanvar mitinqinә razılıq verilmәmәsi ilә bağlı bәyanatla çıxış edib. 

“Yeni Sabah” xəbər verir ki, bəyanatda bildirilir ki, mitinqlә bağlı müraciә BŞİH-nin verdiyi cavabda açıq şәkildә yazılır ki, ona razılıq verilmәmәsi birbaşa polisin istәyi ilә olub. “Yanvarın 26-da mitinqin keçirilmәsinә qәrar Milli Şuranın 19 yanvar mitinqindә 20 min nәfәrәdәk insanın iştirakı ilә qәbul olunmuşdu. Bakı polisinin saxta iddialarına söykәnib ona razılıq vermәmәk hәr şeydәn әvvәl hәmin insanların iradәsinә zidd getmәk vә ölkә vәtәndaşlarının Azərbaycan Konstitusiyası və İnsan Hüquq və Azadlıqlarına dair Avropa Konvensiyası ilə qorunan sərbəst toplaşma hüququnu pozmaqdır”.

Bəyənatda qeyd olunur ki, Milli Şura yaranmış vәziyyәtә uyğun qәrarlar verәcәk, ölkәdә azadlıqların bәrpası üçün xalqla birlikdә müvafiq addımlar atacaq: “Milli Şura bütün qanuni vasitәlәrdәn istifadә edәcәk ki, vәtәndaşların sәrbәst toplaşmaq azadlığı tәmin olunsun vә biz razılaşdırılmış çoxminlik mitinqlәrimizi davam etdirә bilәk. Hakimiyyәt bilmәlidir ki, insanların dinc etiraz hüququnu uzun müddәtә әlindәn ala bilmәyәcәk. Әgәr razılaşdırılmış mitinqlәrә imkan vermәmәk xәtti götürülәcәksә, Milli Şura razılaşdırılmamış kütlәvi aksiyaların tәşkili hüququnu özündә saxlayır". Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!