2022-ci ildə dünya üzrə milyarderlər təxminən 1,9 trilyon dollar itirib.
Yenisabah.az “Forbes”a istinadla xəbər verir ki, cari ilin dekabrın 9-na olan məlumata görə, zənginlərin ümumi sərvəti 13,8 trilyon dollardan 11,9 trilyon dollara düşüb.
Milyarderlərin sayı isə 2.671-dən 2.523-dək azalıb. Ən ağır zərbə bu il birlikdə 1 trilyon dollar itirən 300 texnoloji milyarderə dəyib. Məsələn, “Amazon”un səhmlərinin qiyməti demək olar ki, 50% aşağı düşüb, nəticədə şirkətin qurucusu Ceff Bezos 80 milyard dollar itirib. pizza mizza
İlon Maskı da itkilərlə üzləşib. 2022-ci ildə onun sərvəti 115 milyard dollarazalıb.
Ümumən amerikalı milyarderlər 660 milyard, çinli milyarderlər 620 milyard, rusiyalı milyarderlər isə 150 milyard dollar itiriblər. O cümlədən İlon Mask dekabrın 14-də dünyanın ən varlı adamı statusundan məhrum olub. Biznesmen öz yerini LVMH-nin (Luis Vitton – red.) rəhbəri Bernard Arno və ailəsinə verib. Amerikalı sahibkarın sərvəti 147,9 milyard dollar, Arno və ailəsinin sərvəti isə 179,3 milyard dollar olaraq qiymətləndirilir. Hazırda ilk pillə məhz Arno ailəsinə məxsusdur.
Telegram kanalımız