Milyonlarla insan öləcək - NASA tarixi açıqladı

Milyonlarla insan öləcək - NASA tarixi açıqladı
Noy 18, 2019 17:08
Oxunma sayı: 13423

NASA-dan gələn açıqlamaya görə, Misir Piramidası böyüklüyündə olan meteorit 2022-ci ilin 6 may tarixində Dünya ilə toqquşacaq.

“Yeni Sabah” xarici mediaya istinadən bildirir ki, JF1 adı verilən bu nəhəng meteoritin 230 kiloton nüvə enerjisinə bərabər təxribat yaradacağı irəli sürülür. Bu isə Yaponiyanın Xirosima şəhərinə atılan atom bombasından 15 dəfə çox deməkdir.

NASA-ya görə, bu fəlakət bir şəhəri məhv edəcək və milyonlarla insanın məhvinə səbəb olacaq. Ancaq meteoritin hansı ölkəni və ya şəhəri vuracağı barədə məlumat verilməyib. 

Sabrina Eldarqızı

 

Yenisabah.az