Mingəçevir su anbarında balıqçı itkin düşüb.
"Yeni Sabah" "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisə ötən gün baş verib.
Xanabad kənd sakini, Xaləddin Sabir oğlu Kərimov qayıqla Mingəçevir su anbarına balıq tutmağa gedib. Toyuqlu pizza
Bir müddət sonra onunla əlaqə saxlamaq mümkün olmayıb. Axtarış zamanı X.Kərimova məxsus qayıq və digər şəxsi əşyalar tapılıb. Lakin balıqçının özündən hələlik xəbər yoxdur.
Xaləddin Kərimovun ailə üzvləri onun itkin düşməsi barədə hüquq-mühafizə orqanlarına məlumat veriblər.
Hazırda onun yerinin müəyyənləşdirilməsi və tapılması istiqamətində axtarış tədbirləri davam etdirilir.
Telegram kanalımız