Minimum əmək pensiyası 280 manat olacaq - Parlament təsdiqlədi

saytların hazırlanması

Evə çatdırılma

Minimum əmək pensiyası 280 manat olacaq - Parlament təsdiqlədi

Sosial

01 Fevral 2023 13:09 790


“Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, əmək pensiyasının minimum məbləği 240 manatdan 280 manata qaldırılır.

Yenisabah.az xəbər verir ki, qanun layihəsi Milli Məclisin bu gün keçirilən iclasının gündəliyində yer alıb.

Milli Məclis Azərbaycanda minimum əmək pensiyasının məbləğinin artırılması ilə bağlı dəyişiklik layihəsini təsdiqləyib. Toyuqlu pizza

Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” 5 yanvar 2023-cü il tarixli sərəncama əsasən, Nazirlər Kabinetinə 10 gün müddətində əmək pensiyasının minimum məbləğinin 280 manata çatdırılmasına dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılmışdı. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!