4 İyul - 03:54
Miqrantları daşıyan qayıq batdı: 1 ölü, 75 itkin 

Miqrantları daşıyan qayıq batdı: 1 ölü, 75 itkin 

Dünya

25 May 2022 17:51 400


Tunisin şərq sahillərində immiqrantları daşıyan qayığın batması nəticəsində 1 nəfər ölüb, 75 nəfər itkin düşüb.

Yenisabah.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 1 miqrant ölüb, 24 nəfər xilas edilib, 75 nəfər isə itkin düşüb. İtkin düşmüş mühacirlərin axtarışları davam edir.

Tunis Avropaya qeyri-qanuni immiqrasiya üçün ən məşhur tranzit məntəqələrindən biri kimi tanınır. Tunis hakimiyyəti problemin həlli üçün sərt tədbirlər görsə də, ölkədən İtaliyaya keçməyə çalışan qeyri-qanuni mühacirlərin sayı artır.

Nəzrin Vahid 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!