Son dövrlər əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alınması ilə bağlı qanunvericiliyin tələblərinin pozulması hallarının artdığı müşahidə olunur.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidməti (DMX) məlumat yayıb.
"Miqrasiya Məcəlləsinin tələblərinə əsasən, ölkə ərazisində 15 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Bununla əlaqədar olaraq DMX Azərbaycanda 15 gündən artıq müvəqqəti olan əcnəbiləri və ya vətəndaşlığı olmayan şəxsləri, habelə onları qəbul edən tərəfi miqrasiya qanunvericiliyinin tələblərinə riayət etməyə çağırır. Dominos pizza
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması üçün dövlət rüsumu ödənilmir. Tələb olunan müddətdə olduğu yer üzrə qeydiyyata alınmama əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin, həmçinin onları qəbul edən tərəfin inzibati məsuliyyətə cəlb edilmələri üçün əsasdır", - deyə məlumatda qeyd olunur.
Telegram kanalımız