Mirzoyan: 1975-ci ilin xəritəsi İrəvan üçün məqbuldur

Mirzoyan: 1975-ci ilin xəritəsi İrəvan üçün məqbuldur

Bölgə Veb saytların hazırlanması

05 İyun 2023 13:46 989


İrəvan üçün sərhədin 1975-ci ilin xəritələri üzrə delimitasiyası məqbuldur. Lakin hələlik Bakı ilə yekun razılaşma yoxdur.

Yenisabah.az "Armenian News"a istinadla xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.

Onun sözlərinə görə, Moldovada son danışıqlarda Azərbaycan prezidenti İlham Əliyev bu məsələyə heç bir etiraz bildirməyib. “Söhbət beynəlxalq ictimaiyyətin və Ermənistanın anlaşma və razılığının olduğu xəritədən gedir”.

Mirzoyan qeyd edib ki, tərəflər işləri davam etdirəcək.

O, həmçinin qeyd edib ki, Ermənistan tərəfindən 1975-ci ilin xəritəsi ilə sərhədin delimitasiyası və demarkasiyası məqbuldur.

Anklavlar məsələsinə gəlincə, XİN başçısı xüsusilə qeyd etdi: “Delimitasiya və demarkasiya komissiyası onların baş verməsinin hüquqi aspektinin öyrənilməsi məsələsi ilə də məşğul olmalıdır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!