Mirzoyan Paşinyana Azərbaycan və Rusiya ilə bağlı hesabat verdi

saytların hazırlanması

Evə çatdırılma

Mirzoyan Paşinyana Azərbaycan və Rusiya ilə bağlı hesabat verdi

Siyasət

07 Fevral 2026 20:28 650


Ermənistan Rusiya ilə dostluq münasibətləri inkişaf etdirməyə çalışır.

"Yeni Sabah" xəbər verir ki, bunu Ermənistan XİN rəhbəri Ararat Mirzoyan Ermənistanın Baş naziri Nikol Paşinyana Xarici İşlər Nazirliyinin 2025-ci il üzrə fəaliyyət hesabatını təqdim edərkən bildirib.

Erməni nazir Ermənistanın Rusiya ilə qarşılıqlı hörmət və suverenliyə hörmət əsasında dostluq münasibətləri inkişaf etdirməyə çalışdığını vurğulayıb. Marqarita pizza

Mirzoyan əlavə olaraq qeyd edib ki, rəhbərlik etdiyi qurumun prioritet vəzifələri sülh gündəliyinə xidmət etmək, Ermənistan və Azərbaycan arasında sülhün qurulmasına, möhkəmləndirilməsinə və sistemli hala salmağa yönəlmiş fəal iş aparmaqdan ibarətdir. Bu fəaliyyətə danışıqlar prosesi, koordinasiya və sülh sazişinin mətninin hazırlanması, eləcə də etimadın möhkəmləndirilməsinə yönəlmiş addımlar və təşəbbüslər daxildir./Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!