“Ermənistanın Qarabağ ərazisində heç bir silahlı qüvvəsi yoxdur. Yalnız Qarabağın “müdafiə ordusu” var ki, onun missiyası ermənilərinin özünümüdafiəsidir, çünki onların etnik təmizləmə təhlükəsi var”.
Yenisabah.az “Armenpress”ə istinadla xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.
O, Ermənistan Silahlı Qüvvələrinin Dağlıq Qarabağ ərazisində mövcudluğundan danışıb.
Mirzoyan üçtərəfli komissiyanın Moskvada keçirilən son iclasına toxunub: “Şşçi qrup çərçivəsində görüşdük. İşlər, müzakirələr gedir. Müzakirə olunan məsələlər kifayət qədər mürəkkəbdir, kifayət qədər mürəkkəb təbəqələr və alt təbəqələr var, lakin iş gedir”.
Telegram kanalımız