Mirzoyanın Paşinyanın qulağına dediyi sözlər   ŞOK ETDİ: “Türklər bu gün...”

saytların hazırlanması

Evə çatdırılma

Mirzoyanın Paşinyanın qulağına dediyi sözlər ŞOK ETDİ: “Türklər bu gün...”

Siyasət

12 May 2026 18:31 571


Ermənistanın Baş naziri Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyan canlı yayım zamanı diqqətçəkən və müəmmalı dialoqla gündəmə gəliblər.

"Yeni Sabah" Konkret.az-a istinadən xəbər verir ki, mayın 12-də hakim “Vətəndaş Müqaviləsi” partiyasının İrəvanın Şenqavit inzibati rayonunda keçirilən seçkiqabağı təşviqat tədbiri zamanı Mirzoyan Paşinyana yaxınlaşaraq qulağına nəsə pıçıldayıb.

Paşinyan ehtiyatla mikrofonu əli ilə bağlasa da, Mirzoyanın dediklərinin bir hissəsi canlı yayımda eşidilib. Səslənən fraqmentlər arasında “Türklər bu gün açırlar”, “mətbuat katibinin şərhi ilə qarşılama mətni hazırlayaq” kimi ifadələr aydın seçilib. pizza hut

Bundan sonra Paşinyan mikrofonu göstərərək Mirzoyanı xəbərdar edib və söhbət yarımçıq kəsilib.

Daha sonra jurnalistlər Mirzoyandan “Türklər nəyi açır?” sualına aydınlıq gətirməsini istəyiblər. XİN rəhbəri isə qısa cavabla kifayətlənib:

“Acacaqlar – görəcəyik”.

Mirzoyan bildirib ki, söhbət Ermənistan-Türkiyə sərhədinin açılmasından və ya üçüncü ölkə vətəndaşlarının sərhədi keçməsinə icazə verilməsindən getmir:

“Əminəm ki, sərhədin açılması da bir gün baş verəcək. Amma bu dəfə söhbət başqa məsələdir. Vaxtı gələndə detalları açıqlayacağam. Söhbət yaxşı şeylərdən gedir”.

Mövzu ilə bağlı danışan Paşinyan isə məsələyə daha konkret münasibət bildirib. Onun sözlərinə görə, Türkiyə bundan sonra ixrac sənədlərində Ermənistanı da rəsmi şəkildə son təyinat ölkəsi kimi göstərəcək.

Paşinyan izah edib ki, indiyədək Türkiyə qanunvericiliyinə əsasən Ermənistan son idxalçı ölkə kimi qeyd olunmurdu. Mallar əvvəlcə üçüncü ölkəyə ixrac edilir, daha sonra Ermənistana göndərilirdi.

“İndi isə Türkiyədən çıxan məhsulun son təyinat nöqtəsi kimi Ermənistanın adı da sənədlərdə göstərilə biləcək”, – deyə Paşinyan vurğulayıb.

Qeyd edək ki, ötən həftə Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz İrəvanda keçirilən Avropa Siyasi Birliyinin sammitində iştirak edib və erməni rəsmilərlə bir sıra görüşlər keçirib. Ehtimal olunur ki, Türkiyənin Ermənistana məhsul ixracı ilə bağlı formal məhdudiyyətləri yumşaltması həmin təmaslar çərçivəsində razılaşdırılmış simvolik addımlardan biridir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!