4 İyul - 03:57
Mişel: “Ukrayna və Moldovaya Aİ-nin qapısı açılacaq“

Mişel: “Ukrayna və Moldovaya Aİ-nin qapısı açılacaq“

Dünya

23 İyun 2022 12:08 356


"Bu gün keçiriləcək sammitində Ukrayna və Moldovaya Aİ üzvlüyünə namizəd statusunun veriləcəyinə əminəm".

Yenisabah.az xəbər verir ki, bunu Avropa Şurasının rəhbəri Şarl Mişel bildirib.

Xatırladaq ki, bu gün Brüsseldə Aİ ölkələrinin dövlət və hökumət başçılarının ikigünlük sammiti başlayır, onun əsas mövzuları Rusiyanın təcavüzü, həmçinin Ukrayna və Moldovaya Aİ-yə üzv olmaq üçün namizəd statusunun verilməsi olacaq. 

Aİ liderləri Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə bağlı son hadisələri, o cümlədən onun qlobal ərzaq təhlükəsizliyi böhranına təsirini müzakirə edəcəklər. Onlar, həmçinin Avropa İttifaqının Ukraynaya iqtisadi, hərbi, siyasi və humanitar yardımdan ibarət davamlı dəstəyini müzakirə edəcəklər.

Ayrıca bir məsələ kimi Aİ ölkələrinin liderləri Ukrayna, Moldova və Gürcüstanın Aİ üzvlüyünə təqdim edilməsi məsələsinə baxacaqlar.

Açıqlanan bəyanatda Ukraynanın 28 fevral 2022-ci ildə Aİ-yə üzvlük üçün müraciət etdiyi, Gürcüstan və Moldovanın isə 3 mart 2022-ci ildə belə bir addım atdığı xatırladılır.

Avropa Komissiyası hər üç ölkənin müraciəti ilə bağlı rəsmi rəyini 17 iyun 2022-ci ildə açıqlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!