Misir Mərdanov Emin Əmrullayevə qarşı: “Razı deyiləm”

saytların hazırlanması

Evə çatdırılma

Misir Mərdanov Emin Əmrullayevə qarşı: “Razı deyiləm”

Sosial

11 Sentyabr 2023 16:24 9802


"Təhsil sistemimiz sanki tərs qurulub. Qabaqcıl ölkələrdə erkən yaşdakı uşaqlara tədris verənlər ən yüksək təhsil biliyinə malik olan şəxslərdir. Bizdə isə bağçalarda təhsilverənlərin, demək olar ki, yarısı bu sahədə təhsili olmayanlardır”. 

Bunu elm və təhsil naziri Emin Əmrullayev paytaxtdakı təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, təhsildə ən əhəmiyyətli dövr erkən yaş dövrüdür. Hansı rayonda ibtidai sinif müəllimlərinin bilik səviyyəsilə bağlı problem varsa, orada uşaqların da savadı aşağıdır. pizza

Yenisabah.az xəbər verir ki, E.Əmrullayevin qaldırdığı məsələ ilə bağlı keçmiş təhsil naziri Misir Mərdanov demokrat.az-la fikirlərini bölüşüb.

O, təhsilin bütün pillələrində dərs deyən müəllimlərin bilik və bacarığının yüksək olmasının vacibliyinə toxunub:

“Bağça, məktəbəqədər təhsil, aşağı və ya yuxarı siniflərlər - fərq etməz, hər birinin öz proqramı, dərsliyi var. Hər bir təhsil pilləsi üzrə öyrədilməli olan konkret biliklər var. Ən yüksək bilik səviyyəsinə malik müəllimlər azyaşlılara dərs deməlidir fikri ilə razı deyiləm. Yaxşı olar ki, bütün təhsil pillələrində təhsilverənlərin savadı yüksək olsun və hər bir müəllim tədris proqramına yaxşı bələd olsun”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!