Türkiyə Milli Kəşfiyyat İdarəsi (Milli İstihbarat Teşkilatı - MİT) Suriyada keçirdiyi əməliyyatda Derik briqadasının “lideri” olan PKK/YPG terrorçusunu zərərsizləşdirib.
Yenisabah.az “Anadolu”ya istinadən xəbər verir ki, “Şibli Derik” ləqəbli Məhəmməd Azo ötən il MİT-in hədəfinə düşüb.
Bu terrorçu 2022-ci il fevralın 2-də Şırnak/Cizre-Silopi yolunda 1-ci Sərhəd Taburu Komandanlığının Yakacık Polis Bölməsinə təşkil edilən və əsgər Tarık Tarcanın şəhid olması, daha üç əsgərin isə yaralanması ilə nəticələnən hücumun planlaşdırılmasındakı iştirakına görə axtarışa verilib. pizza sifarişi
Telegram kanalımız