Mobil telefonların qeydiyyat rüsumunun ləğvi ilə bağlı yayılan xəbərlər doğru deyil.
“Yeni Sabah” xəbər verir ki, bu haqda Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz açıqlama verib. O, bildirib ki, rüsum ləğv edilməyib:
“Sadəcə, artıq xeyli müddətdir ki, bu məsələ qanunla tənzimlənir. Bu baxımdan Nazirlər Kabinetinin bu sahəni tənzimləyən qərarı ləğv edilib. Ləğv olunan qərarda telefonun modelindən asılı olaraq müəyyən olunan rüsumlar indi "Dövlət rüsumu haqqında" qanunda öz əksini tapıb”. pizza sifarişi
Osman Gündüz qeyd edib ki, əvvəllər mobil telefonların qeydiyyat rüsumundan əldə olunan vəsaitin 30%-i Prezident Administrasiyasında, Prezidentin İşlər İdarəsində və Prezidentin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçuları və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq, habelə Nazirliyin mobil cihazların qeydiyyatı sistemini saxlamaq üçün istifadə edilirdi: “Bu məsələni tənzimləyən sənədlərin bir hissəsi də adı çəkilən qanunun qəbulundan sonra ləğv edilib”.
Telegram kanalımız