Möcüzə: 2 uşaq 26 saat sonra dağıntılar altından sağ çıxdı - Video

Möcüzə: 2 uşaq 26 saat sonra dağıntılar altından sağ çıxdı - Video

Hadisə

07 Fevral 2023 09:50 942


Türkiyənin 10 şəhərində dağıntı və tələfatlar yaradan 7,7 bal gücündə zəlzələ ilə bağlı xilasetmə işləri aparıldığı vaxtda xoş xəbər gəlib.

Hatay şəhərində 26 saat sonra iki uşaq dağıntılar altından sağ çıxarılıb. Azyaşlılar təcili yardım maşını ilə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, Hatay şəhərinin mərkəzində demək olar ki, bütün binalar dağılıb, yüzlərlə insan dağıntılar altında qalıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!