"Mən bəzi qonşu ölkələrə xəbərdarlıq edirəm ki, macərapərəstliyə yuvarlanmasınlar".
"Yeni Sabah" Fars News-a istinadla xəbər verir ki, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Mohsen Rezayi bildirib.
O, İranın mülki hava nəqliyyat vasitələrinə enbarqo qoyulması halında rəsmi Tehranın adekvat addımlar atacağını vurğulayıb: Sezar pizza
"Uçuşlarımızı qadağan etsəniz və ABŞ ilə əməkdaşlığa başlasanız, hava limanlarınızda uçuşlar olmayacaq, təyyarələriniz havaya qalxa bilməyəcək. Əgər ABŞ-nin yanında olsanız, sakitcə dayanıb sizə tamaşa etməyəcəyik. Siz, qonşu ölkələr, əlbəttə, dostumuz, əzizlərimizsiniz, amma ABŞ təyyarələrini ərazinizdən çıxarın, onların tərəfini tutmayın, əməkdaşlıq etməyin, yaxud ən azı bitərəf qalın".
Telegram kanalımız