“Moldova və Azərbaycan ikitərəfli əlaqələri möhkəmləndirmək istəyir, çünki azərbaycanlıların və moldovalıların təhlükəsiz və firavan gələcəyi naminə birgə işləmək önəmlidir”.
Yenisabah.az “Moldpress”ə istinadla xəbər verir ki, bu sözləri Moldova prezidenti Maya Sandu deyib.
“İqtisadi əməkdaşlıq üzrə Moldova-Azərbaycan hökumətlərarası birgə komissiyasının 10 illik fasilədən sonra 2022-ci ildə yenidən fəaliyyətə başlaması bunun əyani təsdiqidir. Moldova üçün Azərbaycanla tərəfdaşlıq bizim enerji müstəqilliyinə nail olmaq istəyimiz kontekstində çox vacibdir. Sezar pizza
Biz birgə layihələri davam etdirmək və Azərbaycan ilə dəstək və əməkdaşlığa ümid etmək istəyirik. Azərbaycan Moldovanın önəmli dostu və önəmli tərəfdaşıdır”, – deyə dövlət başçısı vurğulayıb.
Telegram kanalımız