Moldova hökuməti separatçılar üçün konsepsiya hazırlayır

saytların hazırlanması

Evə çatdırılma

Moldova hökuməti separatçılar üçün konsepsiya hazırlayır

Dünya

28 Mart 2023 14:15 614


Moldova hökuməti Dnestryanı nizamlamanın konsepsiyasını hazırlayır.

Yenisabah.az TV8-ə istinadla xəbər verir ki, bu barədə baş nazirin reinteqrasiya üzrə müavini Oleq Serebrian danışıb.

O bildirib: "Gizlətmirik ki, reinteqrasiya konsepsiyası üzərində işləyirik. O, işlənib hazırlanma mərhələsindədir. Strateji tərəfdaşlarımızla məsləhətləşərək biz danışıqları davam etdiririk”. pizza

Xatırladaq ki, bundan əvvəl Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilovun Kişinyovun Dnestryanı bölgənin reinteqrasiyası üçün 7 illik planı işləyib hazırlaması barədə bəyanat verib.

Oleq Serebrian konsepsiyanın məzmununu açıqlamayıb:

"Biz tələsmirik, regionda vəziyyət daim dəyişir. Təbii ki, sənədi dərc etməyəcəyik. Heç kim "açıq kartlarla oynamağa" razı olmayacaq, bu, həmişə danışıqlar prosesi zamanı edilir".

O vurğulayıb ki, Dnestryanıda sabitliyi pozmaq üçün Ukraynadan hər hansı təhlükə görmür:

"Onlar öz ərazilərində müdafiə strukturları tikirlər. Ukraynanın Rusiyanın Dnestryanıda qoşun qruplaşması ilə bağlı müəyyən narahatlığı var. Onların tikdikləri hücum xarakterli deyil. Bu, ilk növbədə qaçaqmalçılıq və qeyri-qanuni miqrasiya ilə mübarizəyə yönəlib. Hazırkı vəziyyətdə belədir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!