Moldovada rumın dili rəsmiləşdi

saytların hazırlanması

Evə çatdırılma

Moldovada rumın dili rəsmiləşdi

Dünya

23 Mart 2023 16:39 802


Prezidenti Maya Sandu dövlət dilinin adının Moldova dilindən rumın dilinə dəyişdirilməsi haqqında qanun layihəsini təsdiqləyib.

Yenisabah.az “Moldpress”ə istinadla xəbər verir ki, bu barədə Sandu özünün “Facebook” hesabında yazıb:

“Bu gün mən tarixi və təkzibedilməz həqiqəti təsdiq edən qanunu qəbul etdim: Moldovanın dövlət dili rumın dilidir. İstəyirəm ki, rumın dili ölkədə yaşayan və bu torpağı sevən hamımızı birləşdirsin”. Sezar pizza

Xatırladaq ki, bundan əvvəl parlamentin 101 deputatından 58-i qanun layihəsinin lehinə səs verib. Qanun layihəsini parlamentdə 63 mandata malik Fəaliyyət və Həmrəylik Partiyası təklif edib.

Kommunistlərin və sosialistlərin müxalifət bloku qanun layihəsinə qarşı çıxıb. Qanun layihəsi birinci oxunuşda qəbul edilən zaman parlamentdə dava düşüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!