Mopedlər üçün dövlət rüsumları: Qüvvəyə mindi

saytların hazırlanması

Evə çatdırılma

Mopedlər üçün dövlət rüsumları: Qüvvəyə mindi

Rəsmi

23 İyul 2026 13:42 92


Prezident İlham Əliyev bununla bağlı "Yol hərəkəti haqqında" Qanuna dəyişiklik edilməsi barədə fərman  imzalayıb.

"Yeni Sabah" xəbər verir ki, sənəd qeydiyyatdan keçmiş mopedlərin istifadəsi ilə bağlı üçüncü şəxslər qarşısında mülki məsuliyyətin icbari sığortasını nəzərdə tutur.

Qanuna əsasən, mopedlərin texniki baxışdan keçirilməsinə görə 15 manat, qeydiyyatına görə 10 manat, dövlət qeydiyyat nişanlarının verilməsinə görə 15 manat, mopedlərin idarə olunmasına sürücülük vəsiqəsinin verilməsi üçün imtahanların qəbuluna görə 40 manat, mopedlərin idarə olunmasına sürücülük vəsiqəsinin alınması üçün imtahanların təkrar qəbula görə 20 manat rüsum ödəniləcək. pizza hut

Xatırladaq ki, moped kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla elektrik mühərriki olan və yaxud iş həcmi 50 kub santimetrdən çox olmayan mühərriklə hərəkətə gətirilən və maksimum konstruksiya sürəti saatda 50 kilometrdən yüksək olmayan iki və ya üç təkərli nəqliyyat vasitəsidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!