Moskva Abxaziya və Osetiyadan vaz keçməyəcək - Qonçar

saytların hazırlanması

Evə çatdırılma

Moskva Abxaziya və Osetiyadan vaz keçməyəcək - Qonçar

Dünya

04 Avqust 2023 12:17 1098


“Rusiya ilə Gürcüstan arasında nə uçuşlar, nə də ticari-iqtisadi əlaqələr mövcud sanksiya rejimini pozmasa da , Qərb ölkələri açıq şəkildə Tbilisiyə təzyiq göstərir”.

Yenisabah.az TASS-a istinadla xəbər verir ki, bu sözləri MDB ölkələrinin Rusiya xarici işlər üzrə dördüncü departamentinin direktoru Denis Qonçar bildirib.

Rusiyalı diplomat Gürcüstanla birbaşa uçuşların bərpasını və bu ölkənin vətəndaşları üçün vizasız rejimin tətbiqini gürcü və rus xalqları arasında təmasların asanlaşdırılması kimi qymətləndirib. Onun fikrincə, bu, Moskva ilə Tbilisi arasında humanitar və iqtisadi əlaqələrin inkişaf etdirilməsinə töhfə verə bilər. Dominos pizza

Qonçar deyib ki, Moskva gələcəkdə bu motivləri rəhbər tutacaq.

Eyni zamanda, rusiyalı diplomat qeyd edib ki, hava hərəkətinin bərpasına baxmayaraq, Abxaziya və Cənubi Osetiyanın “suverenliyi” bir sıra dövlətlər tərəfindən tanınır və ona yenidən baxılmayacaq. Rusiya Abxaziya və Cənubi Osetiyanın qardaş xalqları ilə uzunmüddətli müttəfiqlik münasibətləri qurmağı hədəfləyir. Moskva bu iki “respublika”nın “müstəqilliyi”nin tanınmasının 15 illiyinə ciddi şəkildə hazırlaşır".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!