Moskvada Xəzər dənizi üzrə İşçi Qrupun iclası keçirildi

saytların hazırlanması

Evə çatdırılma

Moskvada Xəzər dənizi üzrə İşçi Qrupun iclası keçirildi

Siyasət

12 Fevral 2021 02:20 800


Rusiyanın paytaxtı Moskvada Xəzər dənizi məsələləri üzrə yüksək səviyyəli İşçi Qrupun 3-cü iclası olub.

Yenisabah.az xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Danışıqlarda Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın nümayəndə heyətləri iştirak edib. Toyuqlu pizza

“Xəzər dənizində birbaşa təməl xətlərin yaradılması metodologiyasına dair saziş layihəsinin müzakirəsi davam etdirildi, bir sıra müddəalar razılaşdırıldı.

Tərəflər Xəzər dənizində əməkdaşlığın icmalını keçirdi, beşinci Xəzər sammitinin qərarlarının reallaşdırılması məsələlərinə baxıldı.

Nümayəndə heyətləri danışıqların nəticələrini müsbət qiymətləndirdi və görüşün təşkilinin yüksək səviyyəsinə görə Rusiya Federasiyasına minnətdarlıqlarını ifadə etdilər”, - deyə rəsmi məlumatda bildirilir.  /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!