Moskvadan Gəncəyə uçan təyyarə Volqoqradda təcili eniş etdi

saytların hazırlanması

Evə çatdırılma

Moskvadan Gəncəyə uçan təyyarə Volqoqradda təcili eniş etdi

Hadisə

28 Oktyabr 2023 21:41 1277


Rusiyanın Moskva şəhərindən Gəncəyə uçan “Aeroflot” aviaşirkətinə məxsus təyyarə Volqoqrad Hava Limanına təcili enib.

Yenisabah.az xəbər verir ki, buna səbəb sərnişinlərdən birinin səhhətinin pisləşməsi olub.

Qeyd edilib ki, yerli vaxtla saat 13:55-də Moskvadan havaya qalxan təyyarə Volqoqrad Beynəlxalq Hava Limanına enib. Komandir dispetçerə 29 yaşlı sərnişinin huşunu itirdiyini bildirib. pizza

Həkim briqadası tez bir zamanda kişini 25 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırıb. Hərtərəfli müayinədən sonra kişi ambulator müalicəyə göndərilib.

Volqoqrad Beynəlxalq Hava Limanı bildirib ki, təyyarə saat 14:00-da Volqoqrada eniş edib və bütün prosedurlar yerinə yetirildikdən sonra saat 15:37-də yenidən havaya qalxıb./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!