“Mossad”ın keçmiş rəisi Yossi Koen İranla bağlı sensassiya yaradan açıqlama verib.
“Yeni Sabah” xəbər verir ki, Koen iddia edib ki, “Mossad” İranın yeraltı nüvə obyekti olan Fordoya dəfələrlə girib.
Sabiq rəis həmçinin bildirib ki, İranın zənginləşdirilmiş uranı hələ də bomba olmaqdan uzaqdır. Bu fikir bir sıra ekspertlərin, o cümlədən David Olbraytın qiymətləndirmələri ilə ziddiyyət təşkil edir. Olbrayt hesab edir ki, 60 faiz zənginləşdirilmiş uran bir neçə həftə, hətta gün ərzində silah səviyyəsinə çatdırıla bilər. Pepperoni pizza
Xatırladaq ki, Fordo ilə yanaşı, İsfahan və Natanzdakı nüvə obyektləri də 2025-ci ilin iyununda İsrail və İran arasında 12 gün davam edən münaqişə zamanı ABŞ-ın zərbələri nəticəsində ciddi zərər görüb.
Telegram kanalımız