"Təəssüf ki, İran rusların siyasətinə qarışıb. Ukrayna müharibəsinə ilişib qalmışıq".
Yenisabah.az "Şərq"ə istinadla xəbər verir ki, bunu İran parlamentinin keçmiş vitse-spikeri Əli Motəhhəri deyib.
O əlavə edib: "Biz Rusiyaya dəstəyimizlə bağlı şübhələri aradan qaldırmalıyıq ki, ölkənin bütün işlərində daha çox xərcə və dağıdıcı nəticələrə məruz qalmayaq. Növbəti addımda biz etirazçılar və insan haqları ilə bağlı daha yumşaq davranmalıyıq. Son mərhələdə ölkənin problemlərini azaltmaq üçün JCPOA-nın (nüvə sazişi - red.) dirçəldilməsinə doğru getməliyik". pizza mizza
Ə. Motəhhərinin fikrincə, Avropanın İranla bağlı sanksiyalar məsələsini gündəmə gətirməsinə səbəb olan ən mühüm amil Ukrayna müharibəsidir: "O, bütün Avropanın təhlükəsizliyinə birbaşa təsir edir. Buna görə də Avropanın İrana müsbət baxmaması təbiidir... İranın Rusiyaya simpatiyası indiki vəziyyətdə xeyrinə və ölkənin maraqlarına uyğun deyil və olmayacaq da".
Telegram kanalımız