Mövlud Çavuşoğlunun qardaşı vəfat etdi: Bir neçə gün əvvəl güllələnmişdi

saytların hazırlanması

Evə çatdırılma

Mövlud Çavuşoğlunun qardaşı vəfat etdi: Bir neçə gün əvvəl güllələnmişdi

Hadisə

17 May 2026 14:44 240


Türkiyənin sabiq xarici işlər naziri Mövlud Çavuşoğlunun qardaşı Aydın Çavuşoğlu vəfat edib.

“Yeni Sabah” Türkiyə mediasına istinadən xəbər verir ki, iş adamı olan Aydın Çavuşoğlu bir neçə gün əvvəl Antalyanın Alanya rayonunda özünə məxsus yanacaqdoldurma məntəqəsində odlu silahla ağır yaralanmışdı.

Məlumata görə, hadisədən sonra ağır vəziyyətdə xəstəxanaya çatdırılan Aydın Çavuşoğlu əməliyyat olunub və reanimasiya şöbəsində müalicə alıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Pepperoni pizza

Türkiyə mediasında yayılan xəbərlərə əsasən, hadisə ilə bağlı intihar ehtimalı da araşdırılıb. Polis tərəfindən faktla bağlı istintaq aparılır.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!