MTRŞ ləğv edilir, Audiovizual Şura yaradılır

saytların hazırlanması

Evə çatdırılma

MTRŞ ləğv edilir, Audiovizual Şura yaradılır

Sosial

08 Fevral 2022 18:34 1252


Milli Televiziya və Radio Şurası (MTRŞ) ləğv edilir, Audiovizual Şura yaradılır.

Yenisabah.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı “Media haqqında” qanunun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə fərmanında öz əksini tapıb.

Audiovizual Şura Milli Televiziya və Radio Şurasının hüquqi varisidir, onun öhdəlikləri və əmlakı Şuraya keçir, MTRŞ-nin səlahiyyət müddəti bitməmiş üzvləri həmin müddət bitənədək fəaliyyətlərini davam etdirirlər, Şuranın strukturu və işçilərinin say həddi təsdiq edilənədək MTRŞ-nin Aparatı fəaliyyətini davam etdirir. Dördpendirli pizza

Şuranın strukturunun layihəsini və işçilərinin say həddinə (Milli Televiziya və Radio Şurası Aparatının işçilərinin say həddindən az olmayaraq) dair təklifləriniMaliyyə Nazirliyi ilə razılaşdırmaqla bir ay müddətində dövlət başçısına təqdim etməlidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!